Bakıda 16 yaşlı yeniyetmənin silsilə cinayətləri

Bakıda 16 yaşlı yeniyetmənin silsilə cinayətləri
Bütün Xəbərlər
17:36 18.10.2012
1923
Bakının müxtəlif rayonlarında maşınlara divan tutan yeniyetmə həbs edilib.
Onun qollarına qandalı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları vurublar. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, tutulan 16 yaşlı Məhəmməd Mehdiyev Bakının Nizami, Nəsimi və Binəqədi rayonu ərazisində 30-a yaxın maşını talayıb. O, gecə saatlarında maşınlara girərək maqnitofonları, səsgücləndiriciləri və digər əşyaları oğurlayıb. 
M.Mehdiyevin hədəfi isə əsasən “VAZ” markalı avtomobillər olub. M.Mehdiyev dindirmə zamanı deyib ki, evə gecə saatlarında qayıdır və valideynlərinə internet-klubda olduğunu deyərək onları aldadırmış.
 
Saxlanılan şəxs hətta törətdiyi oğurluqların sayının çox olduğundan bəzilərini xatırlamır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. //milli.az
OXŞAR XƏBƏRLƏR