Bakıda 160 nəfər subasmadan xilas edildi

Bakıda 160 nəfər subasmadan xilas edildi
Bütün Xəbərlər
13:48 25.04.2013
896
Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən subasma ilə əlaqədar 160 nəfəri xilas edib.AZXEBER.COM-un FHN-ə istinadən verdiyi xəbərə görə, 23-24 aprel tarixlərində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Xətai və Sabunçu rayonlarında bəzi ərazilər yağış və qrunt suları ilə dolub. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə rayonlarına cəlb olunub.Xilasetmə əməliyyatları nəticəsində paytaxtın Xətai rayonunda 20-yə yaxın, Sabunçu rayonunda isə 140-a yaxın insan xilas olunub.
OXŞAR XƏBƏRLƏR