Ötən gün Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 17 yaşlı gənc faciəvi şəkildə ölüb.Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə saat 20:15 radələrində qeydə alınıb.Belə ki, Müşfiq qəsəbəsində yaşayan 17 yaşlı İlkin İsgəndərovu elektrik cərəyanı vurub. Hadisə nəticəsində ağır yaralanan gənc komaya girib.Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.