Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü

Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
SOSİAL
13:57 05.10.2026
678
Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

AZXEBER.COM Bakupost.az-a istinadla xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

TƏBİB-dən bildirilib ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb".
OXŞAR XƏBƏRLƏR