PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
İQTİSADİYYAT
11:05 23.11.2026
47
PAŞA Bank 12 noyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində təşkil olunan yüksək səviyyəli dialoqda iştirak edib. Azərbaycan Pavilyonunda baş tutan tədbirdə yaşıl sənayeləşmə, enerji keçidi və iqlimə davamlı infrastruktur layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə olunub.

AZXEBER.COM xəbər verir ki, "İqlim öhdəliklərindən rəqabətqabiliyyətli və investisiya üçün cəlbedici layihələrə doğru” mövzusunda keçirilən tədbir dövlət qurumlarının, beynəlxalq təşkilatların, maliyyə institutlarının və özəl sektorun nümayəndələrini bir araya gətirib. Dialoq iqlim hədəflərinin real investisiya layihələrinə çevrilməsi və bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsinə həsr olunub.

Tədbirin enerji tərəfdaşlıqları və iqlimə davamlı infrastrukturun maliyyələşdirilməsinə həsr olunan ikinci sessiyasında PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev çıxış edib.

Bəhruz Nağıyev çıxışında bankların enerji və infrastruktur layihələrinə erkən mərhələdən cəlb olunmasının vacibliyini vurğulayıb: "İqlim hədəflərinin real layihələrə çevrilməsində bankların mühüm rolu var. Maliyyə institutlarının layihələrə hələ planlaşdırma mərhələsində qoşulması maliyyələşdirmə şərtlərini və tələblərini əvvəlcədən müəyyənləşdirməyə, layihələrin maliyyə strukturunu daha düzgün qurmağa imkan verir. Bu yanaşma maliyyəyə əlçatanlığı asanlaşdırır”.

Sessiyada həmçinin layihələrin maliyyə dayanıqlığı, risklərin bölüşdürülməsi, uzunmüddətli maliyyələşdirmə imkanları və bizneslə maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Panel müzakirəsində PAŞA Bankla yanaşı, ACWA Power, DZ BANK AG, Fortescue, Qazaxıstan İnkişaf Bankı, SOCAR, Baker Hughes və digər yerli və beynəlxalq qurumların rəhbər şəxsləri də çıxış ediblər.

Dayanıqlı maliyyələşdirmə PAŞA Bankın strateji prioritetlərindən biridir. Bank bərpa olunan enerji və iqlimə davamlı infrastruktur layihələrinin maliyyələşdirilməsini dəst
OXŞAR XƏBƏRLƏR