Bakıda 19 yaşlı gənc 50 yaşlı kişini zorladı və öldürdü

Bakıda 19 yaşlı gənc 50 yaşlı kişini zorladı və öldürdü
Bütün Xəbərlər
15:29 14.10.2014
7877

Kriminalistlər Mahirovu taparkən, qətlə yetirilən şəxs lüt olub.

Oktyabrın 11-də gecə saatlarında Xəzər rayonunun qəsəbələrinin birində baş verən qətl hadisəsinin detalları aydın olub, qətlin qurbanı 50 yaşlı kişidir.AZXEBER.COM Vesti.az-a stinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsində qətlin atılmış tikilidə baş verildiyi bildirilib.

1995-ci il təvəllüdlü yerli sakin Raqif Şərifov 50 yaşlı Sabir Mahirova (adlar etik normalara görrə dəyişdirilib) 10 bıçaq zərbəsi vurub. Kişi aldığı yaralardan hadisə yerində ölüb.

Hadisədən sonra Şərifov polis idarəsinə gəılib və törətdiyi əməli etiraf edib.

Məlumdur ki, kriminalistlər Mahirovu taparkən, qətlə yetirilən şəxs lüt olub. Cinayət aləti isə mətbəx bıçağı olub.

İlkin məlumata görə qətlə yetirilən şəxs homoseksualist olub.

Saxlanılan şəxsin sözlərinə görə həmin gecə Şərifov toyaxşamında dostları ilə əylənirmiş. Məlum olduğu kimi Bakı kəndlərində toydan bir gün öncə yalnız kişilərin yığışdığı və toyaxşamı adlanan tədbir keçirilir, bura meyaxanaçılar da dəvət edilir.

Bu yığıncaqdan sonra Mahirov və Şərifov əylənməyə davam etməyi qərara alırlar. Saxlanılan şəxs bildirib ki, Mahirov ona cinsi əlaqə təklif edib və buna görə pul ödəyəcəyini vəd edib. Cütlük atılmış tikili taparaq, cinsi əlaqəyə giriblər.

Amma Mahirov ona pul ödəməyi düçünmürdü, bunu isə gəncə əlaqəyə girdikdən sonra bildirib. Bundan qəzəblənən gənc oğlan, Mahirov əynini geyinməyə çatdırmadan bıçağı işə salıb.

Hadisə ilə bağlı istintaq Xəzər rayon prokurorluğu tərəfindən aparılır.

OXŞAR XƏBƏRLƏR