Bakıda 19 yaşlı gənc qaynını öldürdü

Bakıda 19 yaşlı gənc qaynını öldürdü
Bütün Xəbərlər
10:20 24.04.2013
1302

Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun 2-ci Mədən küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən qeydiyyatsız evdə yaşayan, 1994-cü il təvəllüdlü Elçin Nizami oğlu Məmmədov ailə münaqişəsi zəminində qaynı Miroşniçen Nikolay Yevgeniyeviçi bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən E. Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR