Bakıda 2 polis bölməsinin rəisi dəyişdirildi

SOSİAL
17:25 30.03.2016
2401
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
AZXEBER.COM  APA-ya istinadən bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin rəis müavini Elsevər Qədirov tutduğu vəzifədən azad edilərək Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin rəis müavini Bayram Alıyev isə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsinə təyinat alıblar.

OXŞAR XƏBƏRLƏR