Paytaxtda 2 yaşlı uşaq faciəli şəkildə can verdi.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.Məlumata görə, dünən “Keşlə-Bakı” dəmir yolu xəttində “Bakı-Gəncə” marşrutu üzrə hərəkət edən sərnişin qatarı 2 yaşlı Məmmədova Yəsrubə Tofiq qızını vurub.Diqqətdən yayınaraq qatar yoluna çıxan və qatarın altında qalan uşaq yerindəcə keçinib.Hazırda fatkla bağlı araşdırma aparılır.