Bakıda 20 minlik cinayət

Bakıda 20 minlik cinayət
Bütün Xəbərlər
12:07 04.03.2015
785
Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan şəxs saxlanılıb. 
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də günorta saatlarında Arzu Mirzəyevanın evindən açar seçmə yolu ilə 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1967-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyev tutulub.
Şübhəli şəxsin üzərindən 1,440 qram tiryək tiryək aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, İlqar Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR