Bakıda 20 yaşlı gənc bıçaqlandı

Bakıda 20 yaşlı gənc bıçaqlandı
Bütün Xəbərlər
11:07 04.12.2014
876
Səhər saatlarında Bakıda bıçaqlanma hadisəsi baş verib.1994-cü il təvəllüdlü İsayev Əli Həsən oğlu Nizami rayonu Babək prospektində yerləşən dəmir yol xəttinin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. 20 yaşlı gənc ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Yaralının həyatı həkimlər tərəfindən xilas edilib. Hadisə ilə bağlı Dəmir Yol Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına məlumat verilib. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi araşdırılır.
//Report
OXŞAR XƏBƏRLƏR