Bakıda 20 yaşlı gənc parkda dava zamanı bıçaqlanıb

Bakıda 20 yaşlı gənc parkda dava zamanı bıçaqlanıb
SOSİAL
10:20 16.04.2023
133

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM "apa”ya istinadən xəbər verir ki, hadisə metronun "Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda olub.

Belə ki, 2003-cü il təvəllüdlü Əsgərov Kənan Yadigar oğlu tanışı ilə parkda gəzərkən mübahisə edib.

Mübahisə davaya çevrilib.

Dava zamanı K.Əsgərov bıçaqlanaraq ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

OXŞAR XƏBƏRLƏR