Bakıda 21 yaşlı oğlan iki qardaşı bıçaqladı

Bakıda 21 yaşlı oğlan iki qardaşı bıçaqladı
Bütün Xəbərlər
10:37 05.09.2014
635
Bakıda bıçaqlanma hadisəsi baş verib.Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində “Sərin Məkan” restoranının qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ehtiram Haşımov aralarında yaranan münaqişə zəminində 1988-ci il təvəllüdlü Seyidcəlal Nazim oğlu Revnixanovu və qardaşı Zeynalı bıçaqlayıb.

Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən E.Haşımov tutulub.

OXŞAR XƏBƏRLƏR