Bakıda 21 yaşlı qız özünü öldürdü

Bakıda 21 yaşlı qız özünü öldürdü
Bütün Xəbərlər
11:02 22.02.2012
2754
Fevralın 21-də Bakı şəhərinin Qaradağ rayonunda intihar hadisəsi baş verib. 
Qaradağ Rayon Polis İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə, Müşfiqabad qəsəbəsi, ev 5V, mənzil 44-də yaşayan 1991-ci il təvəllüdlü Vəliyeva Aybəniz Elxan qızı özünü yaşadığı mənzildə asıb.
21 yaşlı qızın meyiti yaxınları tərəfindən mətbəxin qapısından asılı vəziyyətdə tapılıb. Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil. Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Gülnarə Bayramova
OXŞAR XƏBƏRLƏR