Bakıda 23 yaşlı gənc toyda bıçaqlandı

Bakıda 23 yaşlı gənc toyda bıçaqlandı
Bütün Xəbərlər
08:00 18.10.2012
922
Bu gecə Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Cinayət hadisəsi rayonun Mir Cəlal paşayev küçəsində yerləşən şadlıq evlərinin birində meydana gəlib. Məlumata görə, sinif yoldaşının toyunda iştirak edən 23 yaşlı Bakı sakini Muxtarov Əli Lətif oğlu tanımadığı digər qonaq tərəfindən bıçaqlanıb.Hadisənin mübahisə zəminində başlamış davadan sonra meydana gəldiyi bildirilir. Nəticədə Əli Muxtarova həmin şəxslər tərəfindən bir neçə xəsarət yetirilib. Yaralı dərhal 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Cərrahi müdaxilədən sonra yaralının həyatı həkimlər tərəfindən xilas edilib. Artıq faktla bağlı Binqədi rayon podis idarəsinin 7-ci polis bölməsində araşdırılmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR