Ötən gün Bakının Nəsimi rayonunda 23 yaşlı gənc bıçaqlanıb.Rayon Polis İdarəsindən verilən məlumata görə, 1990-cı il təvəllüdlü Teluka Aleksandr Vitalyeviç vurulub. O, döş qəfəsi, qarın boşluğu və yuxarı ətraflarının kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Gəncin hazırda koma vəziyyətində olduğu bildirilir. Bu səbəbdən hələlik hadisə barədə onun izahatı alınmayıb.Faktla bağlı araşdırmalar başlanılıb.