Bakının Yasamal rayonu ərazisində yaşayan gənc oğlan müəmmalı şəkildə yoxa çıxıb. Rayon polis idarəsinin 27-ci polis bölməsindən verilən məlumata görə, Hüseyn Cavid küçəsi, mənzil 31-də yaşayan 1989-cu il təvəllüdlü Elvin Ramiz oğlu Nəcəfov yanvarın 10-u, saat 12:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun müəmmalı şəkildə yoxa çıxması ilə bağlı bölməyə itkin düşmüş şəxsin valideynləri bildiriblər.