Bakıda 25 yaşlı qadın bıçaqlanıb. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. Sabunçu qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elşanə Elşən qızı İsmayılova naməlum şəxslər tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib, faktla bağlı araşdırma aparılır.