Bakıda 26 nəfəri gün vurub

Bakıda 26 nəfəri gün vurub
Bütün Xəbərlər
10:21 23.07.2013
682

Yay mövsümü başladıqdan Bakıda 26 nəfəri gün vurub.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi  Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib. O bildirib ki, gün vuran 26 nəfərdən 11-i xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, digərlərinə isə ilkin tibbi yardım göstərilib. 

O. Şahmalıyev qeyd edib ki, bu vaxta kimi 24 suda boğulma hadisəsi qeydə alınıb: “Bunlardan 17 fakt ölümlə nəticələnib, digərlərinə isə ilkin tibbi yardım göstərilib. Suda boğulma hadisələri çimərliklərdə, həyətyanı hovuzlarda, kanallarda qeydə alınıb”.

OXŞAR XƏBƏRLƏR