Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var

Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var
HADİSƏ
12:33 20.09.2025
298
Sentyabrın 19-da paytaxtın Binəqədi rayonu, Çiçək qəsəbə sakini 1999-cu il təvəllüdlü Rüfət İbrəhimova şəxsi münasibətlər zəminində kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli deyib.

O bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 1988-ci il təvəllüdlü Aqil Şərifov saxlanılıb:

"Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırmaları davam etdirilir".
OXŞAR XƏBƏRLƏR