Bakıda 26 yaşlı qulluqçu 30 min pul oğurladı

Bakıda 26 yaşlı qulluqçu 30 min pul oğurladı
Bütün Xəbərlər
14:28 13.10.2014
938

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.AZXEBER.COM-un məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sentyabrın 3-də, Badamdar qəsəbəsində yaşayan Anarə Məmmədova ərizə ilə Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, avqustun 27-dən sentyabrın 1-dək olan müddətdə evində xidmətçilik edən Sevda adlı qadın seyfi öz açarı ilə açaraq 30 min manat oğurlayıb.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Sevda Allahverdiyeva tutulub.

OXŞAR XƏBƏRLƏR