Bakıda 27 yaşlı gənci ürəyindən bıçaqlayıb öldürdülər

KRİMİNAL
11:59 11.04.2021
676
Bakıda qətl hadisəsi törədilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində 1994-cü il təvəllüdlü Allahverdiyev Cavad İttifaq oğlu mübahisə zəminində ürək nahiyəsindən bıçaqlanaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Hadisənin təfərrüatı Binəqədi rayon Prokurorluğunda araşdırılır.

OXŞAR XƏBƏRLƏR