Bakıda 27 yaşlı kişi yük avtomobilinin altında qalaraq öldü

Bakıda 27 yaşlı kişi yük avtomobilinin altında qalaraq öldü
Bütün Xəbərlər
11:11 13.09.2014
985

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 12-də Binəqədi rayonunun Hökməli kəndinin girişində qeydə alınıb.
Bakı şəhər sakini Samir Seyidov idarə etdiyi «VAZ-2104» markalı avtomobillə 1987-ci il təvəllüdlü Rahib Ağayevi vurub. Nəticədə R.Ağayev Abşeron rayon sakini Ramil Məmmədovun idarə etdiyi «Kamaz» markalı yük avtomobilinin altına düşərək dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR