Bakıda 27 yaşlı oğlan faciəvi şəkildə öldü

Bakıda 27 yaşlı oğlan faciəvi şəkildə öldü
Bütün Xəbərlər
13:21 08.02.2015
2637
Bədbəxt hadisə nəticəsində ölən gənc evlərdə santexnik işləyirmiş.
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
AZXEBER.COM xəbər verir ki, Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 7-də Mikayıl Müşfiq küçəsi ev 1A ünvanında yaşayan 1988-ci il təvəllüdlü Nuşirəvanlı Telman Tahir oğlu dəm qazından boğulub. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.
Bildirilir ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən gənc Bakıdakı özəl şirkətlərdən birində santexnik kimi fəaliyyət göstərirmiş. Onun cənazəsi doğulduğu İmişlinin Bəhramtəpə qəsəbəsinə göndərilib.
Bədbəxt hadisə ilə bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR