Bakıda 28 dərəcə isti olacaq

Bakıda 28 dərəcə isti olacaq
Bütün Xəbərlər
07:39 27.09.2012
916
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında isə şimal rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Hava şəraitinin qısa icmalı: Respublika ərazisində yağışlı, küləkli hava şəraiti yaxın günlərdə davam edəcək.
OXŞAR XƏBƏRLƏR