AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 12-də saat 22.00 radələrində Xəzər rayonu ərazisində qeydə alınıb. Şəhər sakini Seymur Mürsəlov "BMW" markalı avtomaşını idarə edərkən onu, qarşıda gedən şəhər sakini Ramin Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomaşına vurub. Sonradan R. Süleymanov idarəetməni itirərək avtomaşınını Qənbər Kazımovun idarə etdiyi "Mercedes" markalı avtomaşına çırpıb. Nəticədə xəsarət almış hər 3 sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.