Bakıda 3 nəfəri bıçaqlamış şəxslər tutulub

Bakıda 3 nəfəri bıçaqlamış şəxslər tutulub
KRİMİNAL
12:05 13.12.2013
1638

Bakıda iki həftə əvvəl 3 nəfərə bıçaqla xəsarət yetirmiş şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 30-u saat 22:00 radələrində S.Əliyev küçəsində naməlum şəxslər xuliqanlıq zəminində Əli Babayevə, oğlu Rüzgara və qohumu Nicat Babayevə bıçaqla xəsarətlər yetiriblər.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri - Eynulla Mustafayev və Arif Əliyev tutulublar.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR