Bakıda 3 qadın canına qəsd elədi

Bakıda 3 qadın canına qəsd elədi
Bütün Xəbərlər
11:00 27.12.2012
933

Qadınlardan biri damarlarını kəsib, digərləri isə özlərini zəhərləyiblər.

Ötən gecə Bakının müxtəlif rayonlarında 3 intihara cəhd hadisəsi qeydə alınıb. Hüquq-mühafizə orqanlarından Anspress-ə verilən məlumata görə, hər üç hadisə qadınlarla bağlı olub. Qadınlardan biri damarlarını doğrayıb, digərləri isə özlərini zəhərləyiblər.

Belə ki, Nərimanov rayonu ərazisində 33 yaşlı K.M. gecə saat 01:00 radələrində damarlarını kəsib. Onu ağır vəziyyətdə xəstəxanaya gətiriblər. Bundan başqa, Nəsimi rayonunda 30 yaşlı M.A. özünü zəhərləyib. O, 5 qutu dərman içib. Nəticədə qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər hadisə Binəqədi rayonu ərazisində baş verib. 30 yaşlı D.M. sirkə turşusu içib. Onu da huşsuz vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Hər 3 hadisə ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR