Bakıda 3 rayonun qazı kəsiləcək

Bakıda 3 rayonun qazı kəsiləcək
Bütün Xəbərlər
13:00 17.07.2013
997
Bu gün 3 rayonda qaz olmayacaq.
Azəriqaz İB-dən verilən məlumata görə, təmir işləri ilə əlaqədar 17 iyul 2013-cü il tarixdə saat 09:00-dan 18:00-dək “İsmayıllı” Qazpaylayıcı Stansiyası, saat 10:00-dan 17:00-dək “Zirə-3” Qazpaylayıcı Stansiyası, saat 11:00-dan 17:00-dək “Əhmədli” Qazpaylayıcı Stansiyasından qidalanan “Əhmədli” orta təzyiqli qaz kəməri, saat 14:00-dan 17:00-dək isə “Sərdarov adına BMZ” ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.Təmir işləri aparılan müddətdə Xətai rayonunun Əhmədli qəsəbəsinə, Xəzər rayonunun Zirə qəsəbəsinə, İsmayıllı şəhərinə və Binəqədi rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
OXŞAR XƏBƏRLƏR