Bakıda 30 yaşlı şəxs evi qarşısında ölümcül döyüldü

Bakıda 30 yaşlı şəxs evi qarşısında ölümcül döyüldü
Bütün Xəbərlər
08:11 17.10.2012
1486
Sabunçu rayonu Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyli küçəsində döyülmə hadisəsi baş verib. Qəsəbə sakini 30 yaşlı Quliyev Rəşad Nəcəf oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən ölümcül döyülüb. Xəsarətləri ağır olan Rəşaq Quliyev şahidlər tərəfindən çağırılmış təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.Həkim-neyrocərrah Rasim Quliyev zərərçəkmişin beyninin əzildiyini deyib: “Xəstənin vəziyyəti ağır, xəstə huşsuz olub. Aparılan müayinələr zamanı xəstəyə qapalı kəllə-beyin travması, baş beyninin ağır dərəcəli əziyi, soldan təpə gicgah sümüyünün sınığı diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağırdır”.Zərəçəkmişin valideynlərinin sözlərinə görə, Rəşad hadisə vaxtı evdə olub. Sonra isə onun mobil telefonuna zəng gəlib və bayıra çıxıb. Hadisə də elə bu zaman baş verib.Artıq faktla bağlı Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsində ilkin araşdırmlara başlanılıb. Bölmənin baş təhqiqatçısı Rauf Səfərovdan aldığımız məlumata görə, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR