Bakıda intihar hadisəsi baş verib.Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ramin Mehdiyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.//APA