Bakıda 33 yaşlı qadını tanışı bıçaqladı

Bakıda 33 yaşlı qadını tanışı bıçaqladı
SOSİAL
23:28 10.08.2019
12240
Bakının Nizami rayonu ərazisində qadına bıçaqla xəsarət yetirilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Ağayeva Əfsanə Bahadur qızı metronun "Koroğlu" stansiyasının yaxınlığında bıçaqlanıb.

Hazırda xəstəxanada olan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, Ə.Ağayeva yaxın tanışı olan bir kişi ilə mübahisə zamanı bıçaq xəsarəti alıb.

Hazırda fakt polis tərəfindən araşdırılır. 
OXŞAR XƏBƏRLƏR