Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər sakini 34 yaşlı Məmmədov Qadir Əli oğlu kubinka kimi tanınan ərazidə, İlqar İsmayılov küçəsində naməlum şəraitdə bıçaqlanıb. Naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalan Qadir Məmmədova qarın nahiyəsindən bir bıçaq xəsarəti yetirilib. Yaralı yaxınlıqdakı insanların köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Təcili əməliyyat olunan Qadirin həyatı həkimlər tərəfindən xilas edilib.