Paytaxtda 36 yaşlı kişini 19 bıçaq zərbəsi ilə qətlə yetirib avtomobilini oğurladılar.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun birgə yaydığı məlumata istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8-də meyiti aşkar edilib.Faktla bağlı dərhal rayonun hüquq-mühafizə orqanları hadisə yerinə gələrək, həmin məkana və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik 19 xəsarət aşkar edilib.Aparılan ilkin istintaq-əməliyyat tədbirləri nəticəsində C.Həmişəyevə məxsus 90 NU-363 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil və həmçinin şəxsi əşyalarının olmadığı müəyyən edilib.Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində həmin avtomobil gecə saat 02:00 radələrində Bakının 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb.“Avtomobildə olan Bağırlı Türkan Sudef qızı, Ərəbov Yasin Mərkəz oğlu və Məmmədov Koroğlu Yusif oğlu tutularaq istintaqa cəlb ediliblər. Onlar ilkin ifadələrində C.Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf ediblər. Avtomobilə baxış keçirilərkən oradan C.Həmişəyevin şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədən zaman geyindiyi paltarları, avtomobildə olan 600 manat, şalvarının cibindəki 70 manat pul K.Məmmədov və Y.Ərəbovdan aşkar edilərək götürülüb” – deyə, birgə məlumatda vurğulanıb.Həmçinin qeyd edilib ki, C.Həmişəyevin qətlə yetirilməsində istifadə olunan iki ədəd bıçaq Buzovna qəsəbəsindəki Ç.Mustafayev küçəsi, dalan 10-da zibillik ərazidən aşkar edilərək maddi sübut kimi götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddələri ilə Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb.Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.












































