Dünən Bakıda 1 ilan, iki əqrəb sancması hadisəsi baş verib. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, Bakının Məhəmmədi kəndində bir qadını ilan sancıb. Pirallahı qəsəbəsi və Qaradağ rayonunda isə iki kişini əqrəb sancıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, bu il yay mövsümündə Bakıda 37 ilan, 38 əqrəb sancması hadisəsi qeydə alınıb. İlan sancması ilə bağlı 36, ilan sancması ilə bağlı isə 30 nəfər xəstəxanaya yerləşdirilib.