Bakıda intihar hadisəsi baş verib. Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun 2-ci Alatava 2 N ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Qayıblı Fərman Böyükağa oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.