Noyabrın 22-də Bakı şəhərinin Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Mərdəkan-Buzovna yolunda 1988-ci il təvəllüdlü Kamallı Kənan Kamal oğlu idarə etdiyi “Hyundai SantaFE” markalı avtomobillə yolu keçən piyadanı vurub. Nəticədə piyada 1972-ci il təvəllüdlü Məmmədova Yasəmən Süleyman qızı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.