Bakıda 41 ‘nurçu’nun nurunu söndürən əməliyyatla bağlı – RƏSMİ AÇIQLAMA

Bakıda 41 ‘nurçu’nun nurunu söndürən əməliyyatla bağlı –  RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
12:33 14.04.2014
1330

“Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib

DİN-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR