Bakıda daha bir şəxs özünü öldürmək istəyib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şirinbəyov küçəsi 61 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Nağıyev Vasif Hidayət oğlu özünü asıb. Yaxınları 41 yaşlı kişinin özünü asmasından xəbər tutublar və onun həyatını xilas ediblər. V.Nağıyev xəstəxanaya yerləşdirilib.