Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır
Ötən gecə Bakının Nizami rayonu ərazisində 44 yaşlı kişinin başını kəsmək istəyiblər. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1969-cu ildə Kamal Daşdəmirovun başını kəsmək istəyiblər. Belə ki, K.Daşdəmirov başından, boynundan kəsilmiş-deşilmiş xəsarətlərilə xəstəxanaya yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağırdır. Hadisənin baş vermə səbəbləri məlum deyil. Hazırda hadisəni törədənin tapılması istiqamətində iş aparılır. Faktla bağlı araşdırma gedir.