Bakıda intihar hadisəsi baş verib.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Keşlə qəsəbəsi, Qafqaz küçəsi-47 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1969-cu il təvəllüdlü Aslan Valeh oğlu Zeynalov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.