Bakıda 46 yaşlı qadınla 25 yaşlı oğlanın meyiti tapıldı
Bütün Xəbərlər
21:31 29.12.2011
1721
Bu gün Bakıda iki nəfər dəm qazından boğulub. Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsindən verilən məlumata görə, Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi ev 3, mənzil 1-də Lənkəran rayon sakini 1965-ci il təvəllüdlü Muradova Nərminə Şəmi qızının və Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Əliyev Amid Zəfər oğlunun meyiti tapılıb. İlkin müayinədən sonra hər iki şəxsin dəm qazından boğulması və bu səbəbdən öldükləri məlum olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib.