Bakıda 49 yaşlı qadın özünü yandırmaq istədi - şəhərin mərkəzində

Bakıda 49 yaşlı qadın özünü yandırmaq istədi -  şəhərin mərkəzində
Bütün Xəbərlər
15:28 29.08.2015
2459

Bakının Nəsimi rayonunda intihara cəhd olub.

1966-cı il təvəllüdlü Zivər İslam qızı İsmayılova üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. Hadisə dünən saat 15:35-də Cəlil Məmmədquluzadə küçəsində baş verib.

Nəsimi Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, intihar cəhdinin qarşısı yaxınlıqdakı adamların müdaxiləsi ilə alınıb. Onlar qadının özünü yandırıb öldürməsinə imkan verməyiblər.

Polis intihara cəhd faktı üzrə təhqiqatlara başlayıb. //Virtualaz.org

OXŞAR XƏBƏRLƏR