Bakıda 5 kiloqram civəni satmaq istəyən şəxsin arzusunu polis gözündə qoyub.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gürcüstan vətəndaşı Merab Çabaşvili 5 kiloqram civəni 2000 dollara satarkən tutulub.