Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın: "İsa peyğəmbəri əvvəllər görmüşdüm"

Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın: "İsa peyğəmbəri əvvəllər görmüşdüm"
SOSİAL
12:24 21.08.2017
1281

İclasda hakim N.Qulibəyovaya "niyə orada əyləşmisən" sualı ilə müraciət edib.  

Qadın suala "bilmirəm" deyə cavab verib.

O, daha sonra bunları söyləyib: "Sektaya gedəndə demişdilər ki, İsa peyğəmbər gələndə bütün ölən şəxslər qiyamətdə diriləcək. Həmin gün uşaq xəstə idi. Ona qızdırma dərmanı verdim. Sonra uşağın halı pis oldu. Bu haqda Simaya zəng edib dedim. O da dedi ki, qorxma düzələcək. Uşağımın əl-qolunu bağlamamışdım. Sadəcə, dərman verdim ki, sağalsın".

Hakim N.Qulibəyovadan "İsa peyğəmbər həmin gün gələcəkdi?" sualını verib. Təqsirləndirilən şəxs də "elə bilirdim ki, İsa peyğəmbər həmin gün gələcək" cavabını verib: "İsa peyğəmbəri əvvəllər görmüşdüm".

Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək. 

///reprot
OXŞAR XƏBƏRLƏR