Bakının Xətai rayonunda piyadanı maşın vurub. Hadisə rayonun Yusif Səfərov küçəsində baş verib. 52 yaşlı Əliyeva İradə Hacıağa qızı həmin ünvanda yolu keçmək istəyən zaman şəhərdən Babək prospekti istiqamətində hərəkət edən “BMW” markalı avtomaşının zərbəsilə üzləşib. Yaralı qadın əraziyə cəlb olunan yol patrul xidməti əməkdaşlarının köməkliyi ilə 1 saylı xəstəxanaya çatdırılıb.Qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən İradə Əliyevanın vəziyyəti ağır olsa da, qənaətbəxş hesab edilir. Yol qəzasının təfərrüatlarını Xətai polisi araşdırır.