Bakıda 53 yaşlı kişi tuneldə öldü

Bakıda 53 yaşlı kişi tuneldə öldü
Bütün Xəbərlər
11:12 22.10.2014
806
Bu gecə Bakının Nərimanov rayonunda ölümlə nəticələnən qəza baş verib.Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, Müzəffər Nərimanov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki yeni istifadəyə verilmiş tuneldə “Toyota Land Cruiser” markalı avtomobil beton dirəyə çırpılıb.Qəza nəticəsində avtomobilin sürücüsü 1961-ci il təvəllüdlü Sabir Məmmədəli oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR