Bakıda 53 yaşlı kişini “bizlədilər”

Bakıda 53 yaşlı kişini “bizlədilər”
Bütün Xəbərlər
10:13 09.10.2015
1239
Rəhmanovda 20-dək kəsilmiş-deşilmiş yara aşkarlanıb.
Naməlum şəxs Qaradağ sakininə kəsici-deşici alətlə 20-yə yaxın xəsarət yetirib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 53 yaşlı Rəfail Rəhmanova yaşadığı evin qarşısında kəsici-deşici alətlə çoxsaylı zərbələr endirənlər hadisə yerindən qaçıblar.
Yaralı dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər Rəfail Rəhmanovda 20-dək kəsilmiş-deşilmiş yara aşkarlayıblar.
Həkim onu da əlavə edib ki, xəsarətlər bizlə yetirilib. Rəfail Rəhmanov polisə bildirib ki, axşam evində yemək yeyən zaman tanımadığı şəxs onu evindən çağırıb. O, çölə çıxanda naməlum şəxs bizlə ona xəsarətlər yetirib. Polis cinayət alətinə görə, hadisəni törədən şəxsin əvvəllər məhkumluq həyatı yaşadığını ehtimal edir.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR