Bakıda 54 yaşlı kişi bıçaqlandı

KRİMİNAL
17:29 28.03.2020
3058

Bakıda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1966-cı il təvəllüdlü  Bəxtiyar Mehrəliyev həmyerlisi ilə mübahisə zəminində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Mərkəzə yerləşdirilib.

Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR