Bakıda 57 yaşlı kişinin başını kəsdilər

Bakıda 57 yaşlı kişinin başını kəsdilər
Bütün Xəbərlər
10:25 20.07.2012
1404
Ötən gün saat 17:00 radələrində Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində dəhşətli qətl törədilib. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə qəsəbənin Albalı bağ massivində qeydə alınıb. Belə ki, bağ evində yaşayan, 57 yaşlı Nazim Əhəd oğlu Babayevin meyidi tapılıb. Onun boğazı kəsilmiş vəziyyətdə olub. Həyata keçirilən araşdırmalar nəticəsində qətlin üstü açılıb. Məlum olub ki, N.Babayev qaynı, 1967-ci il təvəllüdlü Arif Kazımov tərəfindən öldürülüb. Hadisənin nə səbəbdən baş verdiyi məlum deyil.
OXŞAR XƏBƏRLƏR